Paşinyan: “Mən Ermənistanın ərazi bütövlüyünü tanıtmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım”

Paşinyan: “Mən Ermənistanın ərazi bütövlüyünü tanıtmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım”

12:16
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 15-də “Hərtərəfli təhlükəsizlik və qarşıdurma – 2025” beynəlxalq konfransında bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünü təsdiq etmək üçün Azərbaycanın ərazi bütövlüyünün tanınması zəruri idi.

“Mən Ermənistanın ərazi bütövlüyünü tanıtmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım”, - deyən Paşinyan, sadəcə olaraq, başqa yolun olmadığını qeyd edib.

O qeyd edib ki, avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişi Ermənistanın təhlükəsizliyinin legitimliyini xeyli gücləndirib. "Bu sənəd kifayət qədər qiymətləndirilmir. Bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkə tərəfindən ratifikasiya edilmiş və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir", - baş nazir əlavə edib.

Paşinyanın sözlərinə görə, Ermənistan hakimiyyətinin beynəlxalq aləmdə hərəkətləri müstəsna olaraq ölkənin təhlükəsizliyinin legitimliyinin təmin edilməsi strategiyası ilə müəyyən edilir.

"Birincisi, ərazi bütövlüyümüzün nə olduğunu müəyyən etməli idik və biz mübahisəsiz legitimliyə arxalanmaq qərarına gəldik. Biz Alma-Ata Bəyannaməsinə arxalandıq və qarşımıza vəzifə qoyduq: biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq, çünki biz özümüz də bu əsasda ərazi bütövlüyümüzü tanımağa hazırıq". Paşinyan deyib və əlavə edib ki, Praqada Azərbaycan və Ermənistan Alma-Ata bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımağa hazır olduqları barədə siyasi razılıq əldə ediblər.

Əziz MUSTAFA