
Suriya parlament seçkilərini daha gec bir tarixə təxirə salmaq qərarına gəlib
Suriya hakimiyyət orqanları bəzi hazırlıq işlərini başa çatdırmadıqları üçün əvvəlcə sentyabrın 15-20-nə təyin edilmiş parlament seçkilərini təxirə salıblar. Bu barədə EFE agentliyinə açıqlamasında Suriya Mərkəzi Sekçi Komissiyasının sədri Navera Nəcmə deyib
Nəcmə izah edib ki, seçki komissiyası hələlik səsvermənin təşkili və namizədlərin seçkilərə buraxılmasına cavabdeh olan strukturların formalaşdırılmasını başa çatdırmayıb.
"Təxirə salınması seçki orqanlarında vəzifələrə namizədlərə baxmağa və daxil olan müraciətləri öyrənməyə vaxt verəcək", - agentliyin mənbəsi qeyd edib.
Suriya hakimiyyəti səsverməni nə vaxt keçirməyi planlaşdırdıqlarını hələ açıqlamayıb.
EFE izah edir ki, Suriyada vətəndaşların bu və ya digər namizədə birbaşa səs vermədiyi mürəkkəb parlament seçkiləri sistemi var.
Oxuməni.az