İsveç Ukraynaya 7,5 milyard dollar hərbi yardım ayıracaq

İsveç Ukraynaya 7,5 milyard dollar hərbi yardım ayıracaq

10:39
Bəyəndim (2) Bəyənmədim (0)


İsveçin müdafiə naziri Pol Yunson ölkəsinin yaxın iki il ərzində Ukraynaya 70 milyard kron (7,5 milyard dollar) hərbi yardım ayıracağını bildirib. Bu barədə “Kommersant.ru” xəbər verir.
Bu məbləğin əsas hissəsi sonradan Ukraynaya verilməklə İsveç Silahlanma Administrasiyası tərəfindən “Archer” özüyeriyən artilleriya qurğularının və digər silahların alınmasına sərf olunacaq.
Cənab Yunson həmçinin bildirib ki, İsveç Polşaya hərbi yardım göstərməyə hazırdır. “Biz Polşa Müdafiə Nazirliyi ilə əlaqə saxladıq və bildirdik ki, əgər Polşa bununla maraqlanarsa, lazımi resursları təqdim etməyə hazırıq. Polşa hakimiyyəti sentyabrın 10-a keçən gecə Rusiya pilotsuz təyyarəsinin ölkə ərazisinə hücumu barədə məlumat verib. Polşanın bir çox müttəfiqləri artıq yardım göstərməyə hazır olduqlarını bildiriblər.
Almaz Həsənli