
ABŞ Hindistanla ticarət sazişinin uğurunu Rusiya neftini almaqdan imtina etməklə əlaqələndirir
ABŞ-ın ticarət naziri Hovard Lutnik CNBC telekanalına müsahibəsində bildirib ki, Hindistan Rusiya neftinin alınmasını dayandırarsa, ABŞ Hindistanla ticarət sazişi bağlaya bilər. O qeyd edib ki, bunun üçün Hindistan öz bazarını açmalı və Rusiya neftini almağı dayandırmalıdır.
“Düşünürəm ki, onlar Rusiya neftini almağı dayandırdıqda hər şey həll olunacaq”, - cənab Lutnik bildirib. Avqustun 6-da ABŞ Rusiya neftinin alışına görə Hindistan mallarına 25% əlavə rüsum tətbiq edib. Bu, Hindistan malları və xidmətlərinin idxalına tarifləri 50%-ə qaldırdı. Hindistan Xarici İşlər Nazirliyi bu tədbirləri ədalətsiz adlandırıb.
ABŞ və Hindistan arasında ticarət sazişi üzrə danışıqlar fevral ayında baş nazir Narendra Modinin Vaşinqtona səfərindən sonra başlayıb. Hər iki ölkə 2030-cu ilə qədər ikitərəfli ticarətin həcmini iki dəfə artırmağı və 500 milyard dollara çatdırmağı hədəfləyir. Sənədin imzalanması payızda planlaşdırılırdı, lakin Amerika nümayəndə heyətinin danışıqların altıncı raundu üçün avqustun 25-nə planlaşdırılan Hindistana səfəri ləğv edildi.
Əziz Mustafa