
Şarqorodda məktəblilərin qətli: şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib
Vinnitsa Şəhər Məhkəməsi Vinnitsa vilayətinin Şarqorod şəhərində iki məktəblini qətlə yetirməkdə şübhəli bilinən 23 yaşlı müəllimi həbsə göndərib.
Bu barədə RBC-Ukrayna Vinnitsa vilayəti polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Xəbər verdiyimiz kimi, məhkəmə prosesin materiallarına baxaraq, şübhəli şəxs barəsində 60 gün müddətinə həbs-qətimkan tədbiri seçib.
İstintaq əsas versiyalar arasında keçmiş müəllimlə zərərçəkmişlərdən biri arasında ehtimal olunan münaqişəni nəzərdən keçirir.
Xatırladaq ki, sentyabrın 10-da səhər saatlarında Vinnitsa vilayətinin Şarqorod şəhərində bıçaq xəsarətləri olan iki azyaşlının meyiti tapılmışdı.
Məlum olduğu kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş müəllimi ikiqat qətl törətməkdə şübhəli bilinərək saxlayıblar. Müstəntiqlərin fikrincə, Şarqorodda iki məktəblini ölümcül yaralayan o idi.
Əziz Mustafa