
NASA çinlilərin kosmos proqramlarında iştirakını qadağan edib
Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Çin vətəndaşlarının, o cümlədən etibarlı Amerika vizası olanların proqramlarında iştirakına tam qadağa qoyub. Bu barədə agentliyin nümayəndəsinin bəyanatına istinadən Bloomberg agentliyi məlumat yayıb.
Yeni qaydalara görə, Çin vətəndaşlarına NASA-nın məlumat bazalarına giriş qadağan edilib, görüşlərdə iştirak edə bilməz və agentliyin obyektlərinə baş çəkə bilməz. Məhdudiyyətlər hətta əvvəllər Amerika vizalarına çıxışı olanlara da şamil edilir.
Agentliyin mətbuat katibi Bethany Stevens, "NASA Çin vətəndaşlarına qarşı daxili tədbirlər gördü, o cümlədən obyektlərimizə, materiallarımıza və şəbəkələrimizə fiziki və kiber girişi məhdudlaşdırdı".
Sentyabrın 2-də ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin Kosmik Qüvvələrinin yaradılmasından əvvəl ABŞ-ın kosmos yarışında Rusiya və Çinə uduzduğunu bildirib.
Əziz Mustafa