
Fransada genişmiqyaslı etirazlar davam edir
Sentyabrın 10-da Fransada başlayan rimiqyaslı etirazlar davam edir. Onları hökumətin büdcə siyasətinə qarşı çıxan “Hər şeyi blokla” hərəkatı təşkil edib. Bu barədə Oxuməni.az BFMTV-yə istinadən xəbər verir.
Bir neçə ay əvvəl sosial şəbəkələrdə yaradılmış “Hər şeyi blokla” hərəkatı keçmiş baş nazir Fransua Bayru və hökumətin yeni büdcə təkliflərinə etiraz olaraq ümumi tətil təşkil edərək, “Fransanı bloklamaq” məqsədi daşıyır.
Etirazçıların lideri Mathilde Pano bildirib ki, bu yolla etirazçılar Fransa prezidenti Emmanuel Makronu “devərmək” istəyirlər.
Etirazçılar yolları və dəmiryol vağzallarını bağlamağa çalışırlar. Paris bölgəsində etirazçılar nəqliyyatın hərəkətini iflic edə bilməyiblər, lakin bəzi metro xətlərinin və şəhərətrafı qatarların işində fasilələr var.
Vəzifəsini tərk edən daxili işlər naziri Bruno Retaillo qeyd edib ki, hakimiyyət orqanları 80 min jandarm və polisi səfərbər edib. İndiyədək bütün Fransada hüquq-mühafizə orqanlarının əməkdaşlarının 327 həbs etdiyi məlumdur. Təkcə Parisdə 199 həbs edilib.
Parisin mərkəzində nümayişçilərin sütununun getdiyi küçələrdə mağazalar və restoranlar bağlanıb.
Bildirilir ki, Bordoda nümayişçilər kafenin pəncərəsini sındırıblar. Eyni zamanda Nantda etirazçılar xəstəxananın girişi qarşısındakı zibil qutularını yandırıblar.
Əziz Mustafa