Britaniya Ukrayna üçün 1000 uzaqmənzilli dron istehsalını maliyyələşdirəcək

Britaniya Ukrayna üçün 1000 uzaqmənzilli dron istehsalını maliyyələşdirəcək

12:06
Bəyəndim (4) Bəyənmədim (0)

Böyük Britaniya bir il ərzində Ukrayna ordusu üçün 1000 uzaqmənzilli dron istehsalını maliyyələşdirəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Ramşteyn görüşü zamanı Böyük Britaniyanın müdafiə naziri Con Gili bildirib.

Onun sözlərinə görə, pilotsuz təyyarələr Britaniyada istehsal olunacaq, sonra isə Ukraynaya veriləcək.

“Növbəti 12 ay ərzində Böyük Britaniya minlərlə uzun mənzilli kamikadze pilotsuz təyyarələri maliyyələşdirəcək, biz onları Britaniyada istehsal edib Ukraynaya çatdıracağıq”, - Gili bildirib.

Xatırladaq ki, sentyabrın 9-da Londonda Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun “Ramşteyn” formatında 30-cu iclası keçirilir.

Onlayn iclasda, xüsusən də Böyük Britaniyanın müdafiə naziri Con Gili, Almaniyanın müdafiə naziri Boris Pistorius, NATO-nun baş katibi Mark Rutte və Ukraynanın müdafiə naziri Denis Şmihal iştirak edir.

Əziz Mustafa