Almaniya yeni "dərin zərbə" təşəbbüsü ilə çıxış edir

Almaniya yeni "dərin zərbə" təşəbbüsü ilə çıxış edir

15:04
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya yeni “dərin zərbə” təşəbbüsü ilə çıxış edir və Ukraynada istehsal olunan uzaq mənzilli dronların alınmasına dəstəyi artırır.

Oxuməni.az-ın verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Ramşteyn görüşü zamanı deyib.

"Almaniya yeni "dərin zərbə" təşəbbüsü ilə çıxış edəcək və Ukraynanın müdafiə sənayesi ilə uzun mənzilli pilotsuz təyyarələrin alınmasına dəstəyini artıracaq. Bu təşəbbüs çərçivəsində biz Ukrayna müəssisələri ilə ümumilikdə 300 milyon avro dəyərində bir sıra müqavilələr bağlayırıq", - Pistorius bildirib.

Onun sözlərinə görə, sözügedən müqavilələr Ukraynada istehsal olunan müxtəlif tipli bir neçə min uzaqmənzilli dronların tədarükünü nəzərdə tutur.

Əziz Mustafa