
Nepalda etirazçılar Ali Məhkəmənin binasını yandırıblar
Nepalda hökumət əleyhinə iğtişaşların iştirakçıları Ali Məhkəmənin binasını yandırıblar, yerli “Khabarhub” nəşri xəbər verir.
Onun fikrincə, bu yandırma demokratik təsisatların təhlükəsizliyi ilə bağlı narahatlıqları artıraraq “iğtişaşların ciddi şəkildə artmasına” işarə edir. “Khabarhub” qeyd edir ki, səhər saatlarından etirazçılar siyasətçilərin evlərini, dövlət idarələrini və polis idarələrini dağıdıb yandırırlar.
Sentyabrın 8-də keçirilən “Z nəslinin inqilabı” etirazına Nepalda sosial şəbəkələrin bloklanması səbəb olub. Etirazçılar həmçinin hökuməti iqtisadi problemlərə və korrupsiyaya görə tənqid edib və baş nazir Şarma Olini istefaya çağırıblar. Hakimiyyət sosial şəbəkələrdən istifadəyə qoyulan qadağanı aradan qaldırsa da, etirazlar davam edib. Bu gün Nepalın baş naziri istefa verib. Etirazçılar parlament binasına girərək onu yandırıblar, nazirlər hərbi helikopterlərlə təxliyə edilir. İğtişaşlar zamanı 20-dən çox adam həlak olub.
Almaz Həsənli