Fransa parlamenti Fransua Bayru hökumətinin istefaya göndərilməsinə səs verib

Fransa parlamenti Fransua Bayru hökumətinin istefaya göndərilməsinə səs verib

08:14
Bəyəndim (2) Bəyənmədim (0)

Fransa Milli Assambleyası hökumətə fövqəladə etimad səsverməsi keçirdi və bu, Fransua Bayru hökumətinin proqnozlaşdırılan məğlubiyyəti ilə başa çatdı.

Deputatlar böyük səs çoxluğu ilə etimad səsverməsinin əleyhinə səs veriblər: əleyhinə 364, lehinə isə cəmi 194 nəfər. Bu qərar Emmanuel Makronun ikinci dövründə ardıcıl üçüncü olan kabinetin istefasına gətirib çıxarır.

"Cənab deputatlar, sizin hökuməti devirmək səlahiyyətiniz var, lakin reallığı ləğv etmək səlahiyyətiniz yoxdur", - Fransua Bayru Milli Assambleyaya müraciət edərək sessiyanın əvvəlində deyib.

Fransua Bayru istefa ərizəsini çərşənbə axşamı yerli vaxtla saat 08:00-da təqdim etmək niyyətindədir. Bundan sonra Fransa daha bir siyasi qeyri-müəyyənlik dövrünə qədəm qoyacaq.

Əziz Mustafa