Tramp Macarıstandan Rusiya neftini almağı dayandırmağı tələb etmək istəmir

Tramp Macarıstandan Rusiya neftini almağı dayandırmağı tələb etmək istəmir

11:11
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın Macarıstandan Rusiya neftinin idxalını dayandırmasını istəmədiyi iddia edilib. Budapeşt Rusiyadan neft tədarükündən “asılıdır”.

Telex xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Əlbəttə, nəinki belə bir mesaj, hətta buna bənzər bir şey də yox idi",- deyə Siyarto bildirib.

O, hesab edir ki, Slovakiya və Macarıstanı Rusiya neftini idxal etməkdə qınayan Avropa ölkələri guya Asiyadan olan vasitəçilər vasitəsilə onu gizli şəkildə özləri idxal edirlər. Budapeşt və Bratislava isə bunu açıq şəkildə edirlər, bu da “infrastrukturlarına görə”dir.

Siyarto özünü belə əsaslandırıb ki, Macarıstana yalnız iki neft kəməri aparır - Xorvatiya və Rusiyadan. Xorvat kəmərinin imkanları isə Macarıstan və Slovakiyanın bütün ehtiyaclarını ödəmək üçün “kafi deyil”.

"İnfrastruktur və fiziki reallığı nəzərə alsaq, Macarıstan enerji baxımından yalnız "Drujba" neft kəməri işə düşərsə, təhlükəsiz fəaliyyət göstərə bilər. Xorvatiyadan gələn kəmər əla köməkçi marşrutdur, lakin o, özlüyündə Macarıstan və Slovakiyanı enerji ilə təmin etmək iqtidarında deyil", - nazir əlavə edib.

Əziz Mustafa