
2026-cı ildə G20 sammiti Mayamidə keçiriləcək
ABŞ prezidenti Donald Tramp G20 sammitinin 2026-cı ildə Mayamidə keçiriləcəyini açıqlayıb. ABŞ 2009-cu ildən bəri ilk dəfə assosiasiya liderlərinin toplantısına ev sahibliyi edəcək.
"Birləşmiş Ştatlar təxminən 20 ildə ilk dəfə olaraq burada, Amerikada G20 sammitinə ev sahibliyi etməkdən şərəf duyur. Biz onu ölkəmizin ən gözəl şəhərlərindən birində, Floridanın gözəl Mayami şəhərində keçirəcəyik", - Donald Tramp jurnalistlərə bildirib (yazı Ağ Evin YouTube kanalında dərc olunub).
ABŞ prezidentinin sözlərinə görə, o, 2026-cı ildə keçiriləcək sammitdə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpini salamlamaqdan məmnun olacaq.
Cənab Tramp həmçinin 2025-ci ildə Cənubi Afrikada 22 və 23 noyabrda keçiriləcək G20 sammitinə getməyəcəyini açıqlayıb.Bunun əvəzinə görüşə ABŞ-ın vitse-prezidenti J.D.Vens gedəcək.
G20 sammitinin 2026-cı il dekabrın 14 və 15-də baş tutacağı gözlənilir.Beynəlxalq kluba ən böyük milli iqtisadiyyatlar - 19 dövlət, o cümlədən Rusiya, həmçinin Avropa və Afrika Birlikləri daxildir.
Əziz Mustafa