ABŞ və Aİ  təcili şəkildə Rusiya neft və qazına qarşı sanksiyaları müzakirə edəcəklər

ABŞ və Aİ təcili şəkildə Rusiya neft və qazına qarşı sanksiyaları müzakirə edəcəklər

5 Sentyabr 08:31
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın müşavirləri təcili olaraq Avropa İttifaqı ilə Rusiya neft və qazına qarşı sanksiyaların mümkünlüyünü müzakirə edəcəklər.

"The Guardian" xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb bildirib.

Stubb ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və “qətiyyətli koalisiya” ölkələrinin liderləri ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.

Finlandiya liderinin sözlərinə görə, Trampın yanaşması ondan ibarətdir ki, Avropa və ABŞ sanksiyalar məsələsində birgə hərəkət etməli və Rusiyanın müharibə maşınının “iqtisadi vasitələrlə” dayandırılması yollarını axtarmalıdır.

Əziz Mustafa