Zelenski Trampla söhbətin təfərrüatlarını açıqlayıb

Zelenski Trampla söhbətin təfərrüatlarını açıqlayıb

5 Sentyabr 08:05
Bəyəndim (3) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Trampla söhbət zamanı Ukrayna səmasını Rusiyanın hücumlarından qorumaq üçün yeni format məsələsi qaldırılıb.Bu barədə Telegram Ukrayna dövlət başçısına istinadən məlumat yayıb. Zelenskinin sözlərinə görə, Trampla zəng uzun və çox detallı olub. Burada Avropa liderləri də iştirak edirdi.

Söhbət əsnasında ilk növbədə vəziyyəti real sülhə doğru necə itələməyi müzakirə etdilər.

"Biz müxtəlif variantları müzakirə etdik və ən başlıcası iqtisadi sahilir də daxil olmaqla, güclü tədbirlərlə müharibəni dayandırmağa məcbur etmək üçün təzyiqdir. Sülhün açarı Rusiya döyüş maşınının puldan məhrum edilməsi, onu resurslardan məhrum etməkdir", - Zelenski əlavə edib.

Əziz Mustafa