Rusiya və Serbiya ABŞ-ın NIS-ə qarşı sanksiyaları problemini birgə həll edəcək

Rusiya və Serbiya ABŞ-ın NIS-ə qarşı sanksiyaları problemini birgə həll edəcək

15:04
Bəyəndim (1) Bəyənmədim (0)

Serbiya prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib ki, Belqrad və Moskva ABŞ-ın Serb neft şirkəti NIS-ə qarşı sanksiyaları problemini birgə həll etmək barədə razılığa gəliblər.

"Biz heç kimdən heç nə oğurlamaq istəmirik və heç bir milliləşdirmə aparmayacağıq. Ümid edirik ki, əsas oyunçular bu məsələdə razılığa gələ biləcəklər", - cənab Vuçiç bildirib. Prezidentin qeyd etdiyi kimi, Rusiya və Serbiya “müəssisənin və onun fəaliyyətinin qorunmasına” çalışacaqlar.

NIS Rusiya-Serbiya neft şirkətidir. Avqustun 27-də ABŞ NIS-ə qarşı sanksiyaların tətbiqini altıncı dəfə təxirə saldı, təxirə salınma sentyabrın 26-dək qüvvədə olacaq.

Əziz Mustafa