
Sudanda torpaq sürüşməsi nəticəsində minlərlə insan həlak olub
Üsyançı qrup bazar ertəsi Sudanın qərbindəki Marra dağları bölgəsində bir kəndi dağıdan torpaq sürüşməsi nəticəsində azı 1000 nəfərin öldüyünü bildirib. Bu barədə Oxuməni.az “BBC” Rus Xidmətinə istinadla xəbır verir.
“Sudan Azadlıq Hərəkatı/Ordusu” (The Sudan Liberation Movement/Army) torpaq sürüşməsinin avqustun 31-də günlər davam edən güclü yağışdan sonra baş verdiyini bildirib.
Darfurdakı ərazilərə nəzarət edən hərəkat cəsədlərin çıxarılmasına kömək etmək üçün BMT və beynəlxalq yardım agentliklərinə müraciət edib.
Üsyançılar bildiriblər ki, Tarasin kəndinin çox hissəsi “tamamilə bərbad olub” və yalnız bir nəfər sağ qalıb.
“Reuters” xəbər verir ki, Sudan ordusu ilə Şimali Darfur əyalətində Çevik Müdaxilə Qüvvələri (RSF) arasında gedən ağır döyüşlərdən qaçan kəndlilər ərzaq və dərmanların qıt olduğu Marra dağları bölgəsinə sığınıb.
Orduya dəstək verən qubernator Minni Minnavi sürüşməni "humanitar faciə" adlandırıb.
Sürüşmənin baş verdiyi əraziyə nəzarət edən Sudan Azadlıq Hərəkatının üsyançıları Çevik Reaksiya Qüvvələrinə qarşı ordunun yanında yer alacaqlarına söz veriblər.
Almaz Həsənli