
Rusiyada Ermənistanın “Spayka” şirkətinin yüzə yaxın yük maşını həbs edilib
“İnfoteka24” Telegram kanalı xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları Ermənistanın “Spayka” şirkətinin yük maşınlarını heç bir səbəb olmadan dayandırıb və saxlayıb.
Hazırda Rusiyada kənd təsərrüfatı məhsulları daşıyan 70-80-ə yaxın yük maşını saxlanılıb ki, onların sayı durmadan artır.
Bəzi mənbələrə görə, “Spayka” şirkətinin yük maşınlarının həbsi şirkətin müəyyən maliyyə öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır.
“Spayka” Ermənistanın ən böyük kənd təsərrüfatı holdinqidir. Yük maşınlarının saxlanması təkcə şirkətə deyil, Ermənistanda kənd təsərrüfatı məhsulları istehsalçılarına da ciddi zərbə vura, ixrac zəncirində ciddi problemlər yarada bilər.
Rusiyanın niyə belə bir addım atması və bunun müvəqqəti olub-olmaması hələlik rəsmi olaraq açıqlanmayıb.
Almaz Həsənli