Suminin bir hissəsi Rusiyanın atəşi nəticəsində susuz qalıb

Suminin bir hissəsi Rusiyanın atəşi nəticəsində susuz qalıb

08:38
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 1-də Rusiyanın atəşə tutması nəticəsində Sumı şəhərinin sakinlərinin bir hissəsi su təchizatından məhrum olub.

Bu barədə Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar Teleqramında xəbər verir.

Düşmənin hücumu və elektrik enerjisinin kəsilməsi nəticəsində bu gün, sentyabrın 1-də saat 18:05-dən şəhərin suqəbuledicilərindən birinin enerjisi kəsilib”, - Kobzar bildirib.

Merin sözlərinə görə, kommunal xidmətlər artıq suyun verilməsini bərpa etmək üçün iş aparır.

Xatırladaq ki, sentyabrın 1-nə keçən gecə Rusiya 86 pilotsuz uçuş aparatından istifadə edərək Ukrayna ərazisinə növbəti hücumu həyata keçirib. Hava Hücumundan Müdafiə Qoşunları ölkənin şimal, cənub, şərq və mərkəzi rayonlarında düşmənin 76 “Şahed” pilotsuz uçan aparatını və pilotsuz təyyarə imitatorunu vurub.

Ukrayna hava hücumundan müdafiə qüvvələrinin əhəmiyyətli səylərinə baxmayaraq, 10 hücum pilotsuz təyyarəsinin altı fərqli nöqtəni vurduğu qeydə alınıb.

Xüsusilə də Kiyev vilayətində pilotsuz təyyarənin kütləvi hücumu nəticəsində iki rayonda dağıntılar qeydə alınıb. Düşmən tərəfindən müəssisə və anbarlar vurulub.

Əziz Mustafa