Fransa 128 il əvvəl başı kəsilmiş kralın kəlləsini Madaqaskara qaytarıb

Fransa 128 il əvvəl başı kəsilmiş kralın kəlləsini Madaqaskara qaytarıb

16:12
Bəyəndim (1) Bəyənmədim (0)

Fransa müstəmləkə dövrünə aid üç kəlləni Madaqaskara qaytarıb. Oxuməni.az “Euronews.com”-a istinadən xəbər verir ki, ekspertlər onlardan birinin 19-cu əsrdə fransız qoşunları tərəfindən başı kəsilmiş Malaqas kralına aid olduğunu güman edirlər.
1897-ci ildə fransız qoşunları kral Toerunun başını kəsiblər və onun kəlləsini müharibə qəniməti kimi Fransaya aparıblar. Daha sonra trofey Hind okeanındakı adadan yüzlərlə digər insan qalıqları ilə birlikdə Paris Təbiət Tarixi Muzeyinə qoyuldu.
"Bu kəllələr milli kolleksiyalara insan ləyaqətini açıq-aşkar təhqir edən şəraitdə və müstəmləkəçi zorakılıq nəticəsində daxil olub", - Fransanın mədəniyyət naziri Raçida Dati bildirib.
Onun madaqaskalı həmkarı Volamiranti Donna Mara bu jesti yüksək qiymətləndirərək, bunu iki ölkə arasında əməkdaşlığın yeni dövrünün başlanğıcını qeyd edəcək çox əhəmiyyətli addım adlandırıb. "Onların bir əsrdən çox, yəni 128 ildir yoxluğu adamızın ürəyində açıq yara olub,"-o əlavə edib.
Birgə elmi komitə kəllələrin Sakalava xalqına aid olduğunu təsdiqləyib və onlardan birinin Kral Toereyə aid olmasının "yüksək ehtimal" olduğunu vurğulayıb.
Keçən apreldə Madaqaskarın paytaxtı Antananarivoya səfəri zamanı Emmanuel Makron Fransanın “qanlı və faciəli” müstəmləkəçiliyinə görə “bağışlanma diləmək” cəhdindən danışıb. 1960-cı ildə, 60 ildən çox müstəmləkəçilikdən sonra Madaqaskar müstəqilliyini elan edib.
Qalıqların bazar günü dəfn olunmaq üçün adaya qaytarılması planlaşdırılır.

Almaz Həsənli