
Rusiyada azərbaycanlı qadın "Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etmək"də təqsirli bilinərək həbsxanaya göndərilib
Rusiyada Ryazan vilayət məhkəməsi azərbaycanlı qadın Mehriban Lukinskayanı “Ukrayna hərbi kəşfiyyatı ilə əməkdaşlıqda” ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Sızdırılan məlumatlara görə, Lukinskayanın 55 yaşı var və Bakıda anadan olub. 2017-2021-ci illərdə Ryazan Boru Zavodunda və Ağır Döymə , Presləmə Avadanlıqları Zavodunda işləyib.
“Ryazan vilayət məhkəməsi Azərbaycan əsilli, 1970-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşını Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa görə 5 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılıb”, - deyə İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Azərbaycan əsilli şəxs “WhatsApp və Signal messencerləri vasitəsilə Ukrayna xüsusi xidmətinin nümayəndəsi ilə əlaqə yaratmaqda və Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı istifadə oluna biləcək məlumatların əldə edilməsinə qəsdən cəhd etməkdə” ittiham olunur.
Almaz Həsənli