
İsrail Dəməşqin kənarındakı hava hücumundan müdafiə bazasına zərbələr endirib
İsrail Dəməşqin cənub-qərbindəki keçmiş hava hücumundan müdafiə bazasına havadan hücum həyata keçirib, lakin sonra geri çəkilib. Bu məlumatı Reuters agentliyinə Suriya ordusundakı mənbələr təsdiqləyib. İsrail silahlı qüvvələrinin nümayəndələri insidentlə bağlı açıqlama verməyiblər.
Agentlik qeyd edir ki, İsrailin desant yeri İran tərəfindən Bəşər Əsədin hakimiyyəti dövründə istifadə edilib. Zərbələr Kisva bölgəsini və Cəbəl Manea dağının strateji əhəmiyyətli zirvəsini hədəf alıb.
Bir gün əvvəl İsrailin pilotsuz təyyarələrinin bölgəyə endirdiyi zərbələr nəticəsində 6 Suriya əsgəri həlak olub.
Əziz MUSTAFA
Digər xəbərlər