Husilər İsrail hava limanına hücum ediblər

Husilər İsrail hava limanına hücum ediblər

12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Yəmənin Ənsar Allah (Husi) hərəkatı Təl-Əvivdəki Ben Qurion hava limanına ballistik raket zərbəsi endirdiyini iddia edib. Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Hücumun Fələstin-2 hipersəs raketi ilə həyata keçirildiyi dəqiqləşdirilir.

"Raket qüvvələri işğal altındakı Yaffa bölgəsində Lod hava limanına yüksək keyfiyyətli hərbi əməliyyat keçirib", - hərəkatın sözçüsü Yəhya Sariya bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı məqsədə nail olunub və nəticədə aeroport fəaliyyətini dayandırıb.

Husilərin obyektə əvvəlki hücumu avqustun 18-də bildirilmişdi. Həmin vaxt hava limanı da fəaliyyətini dayandırmışdı.

Avqustun 12-də Al Masirah telekanalı hərəkatın qüvvələrinin İsraildəki "strateji obyektlərə" hücum etdiyini bildirib. Altı pilotsuz təyyarə Hayfa, Negev, Eilat və Beersheba bölgələrində İsrailin dörd strateji obyektinə zərbələr endirib. Bütün hədəflərin uğurla vurulduğu iddia edilib.

Husilər bundan əvvəl İsrailin Ben Qurion hava limanına iki dəfə hücum etmişdilər.

Əziz Mustafa