Merz: Almaniya heç bir şərtlə Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasını istəmir

Merz: Almaniya heç bir şərtlə Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasını istəmir

14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya heç bir şərtlə Ukrayna ilə Rusiya arasında sülhün əldə olunmasını istəmir. Ukraynanın təslim olması Moskvaya növbəti müharibəyə hazırlaşmaq üçün vaxt verəcək. The Guardian xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.

Merz Fransa, Polşa və Moldova liderləri ilə keçirdiyi mətbuat konfransında vurğulayıb ki, Ukraynada müharibə bitməlidir”.

"Biz Ukraynanın təslim olmasını istəmirik. Belə bir təslimiyyət Rusiyaya yalnız vaxt verəcək və Putin bu vaxtdan növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edəcək", - o əlavə edib.

Merz Kişinyovun Aİ yolunda əldə etdiyi nailiyyətləri də xatırladıb. O, Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünə toxunaraq, “bunu adi hal kimi qəbul etmək lazım deyil, çünki hadisələr çox fərqli ola bilərdi” deyə aydınlaşdırıb.

Kansler vurğulayıb ki, Moldova üçün Avropa İttifaqının qapısı “həmişə açıqdır”. O, islahatlara kömək etmək üçün alman mütəxəssislərini göndərmək də daxil olmaqla, ölkəyə bu yolda “bütün mümkün vasitələrlə” dəstək verəcəyini vəd edib.

Əziz Mustafa