
Avqustun 28-də Rusiya neftinin"Drujba" vasitəsilə Macarıstana nəqli bərpa olunacaq
Rusiya neftinin "Drujba" kəməri ilə Macarıstana nəqli avqustun 28-də bərpa olunacaq.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib
“Rusiya energetika nazirinin müavini Pavel Sorokin mənə dedi ki, intensiv işlərdən sonra müvəqqəti həll yolu tapılıb, ona görə də Macarıstana neft tədarükü sabah test rejimində daha kiçik həcmdə bərpa oluna bilər”, - Siyarto yazıb.
O qeyd edib ki, Macarıstanın kifayət qədər kommersiya neft ehtiyatları var, ona görə də ölkənin onu strateji ehtiyatlardan azad etməsinə ehtiyac qalmayacaq.
Xarici işlər naziri həmçinin Ukrayna hakimiyyətini bir daha boru kəmərinə hücumları dayandırmağa çağırıb, çünki bu, ölkələrin enerji təhlükəsizliyini təhdid edir.
Bundan əvvəl məlum olub ki, avqustun 22-də Ukrayna Silahlı Qüvvələrinin gecə vaxtı endirdiyi zərbə nəticəsində Macarıstan və Slovakiyanı neftlə təmin edən “Drujba” neft kəməri Rusiya-Belarus sərhədi yaxınlığındakı hissədə zədələnib. Nəticədə bu Avropa ölkələrinə Rusiya Federasiyasından xammalın tədarükü dayandırıldı. Onun bərpasına ən azı üç gün vaxt lazım olduğu bildirilirdi.
Macarıstan və Slovakiya Xarici İşlər Nazirliklərinin rəhbərləri Avropa Komissiyasına tədarük təhlükəsizliyinə təminat verilməsini tələb edən məktub göndəriblər.
Əziz Mustafa