Qərb müharibədən sonra Ukrayna üçün üç müdafiə xətti hazırlayır

Qərb müharibədən sonra Ukrayna üçün üç müdafiə xətti hazırlayır

15:18
Bəyəndim (5) Bəyənmədim (0)

Qərb ölkələri Ukrayna üçün sülh sazişi bağlandıqdan sonra həyata keçirilə biləcək təhlükəsizlik zəmanətləri sistemini müzakirə edir.

Nəşrin həmsöhbətləri bildiriblər ki, birinci müdafiə xətti sərhəddə, ola bilsin ki, Kiyev və Moskva ilə razılaşaraq üçüncü ölkənin sülhməramlılarının nəzarəti altında silahsızlaşdırılmış zona olmalıdır, “Financial Times” mənbələrə istinadən yazır.

İkinci müdafiə xətti NATO tərəfindən silahlanmış və təlim keçmiş Ukrayna qoşunları olacaq. “Azadlıq” radiosu xəbər verir ki, onlar əsas müdafiəni təmin edəcəklər.

Üçüncü müdafiə xətti ölkənin dərinliklərində yerləşdirilən və ABŞ-dan maddi-texniki dəstək alan Avropa çəkindirici qüvvədir.

Vaşinqton vurğulayır ki, o, öz qoşunlarını Ukrayna ərazisinə göndərmək niyyətində deyil, lakin kəşfiyyat məlumatları, müşahidə avadanlığı ilə təmin etməyə və Ukraynanın hava hücumundan müdafiə sisteminin inkişafında iştirak etməyə hazırdır. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp administrasiyasının bir hissəsi ABŞ-ın yeni münaqişəyə cəlb olunacağından ehtiyat edərək, mümkün təminatlara şübhə ilə yanaşır.

“Bloomberg” daha əvvəl bildirmişdi ki, 10-a yaxın ölkə müharibədən sonra Ukrayna ərazisinə öz qoşunlarını göndərməyə hazırdır.

Almaz Həsənli