
Venesuela Karib dənizindəki ABŞ gəmiləri ilə bağlı BMT-yə müraciət edib
Venesuela ABŞ hərbi gəmilərinin Karib dənizinə köçürülməsi ilə bağlı BMT-nin baş katibi Antonio Quterreşə müraciət edib. Bu barədə Bolivar Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil Pinto özünün Telegram kanalında məlumat verib.
O qeyd edib ki, Karakas Quterreşə “sağlam düşüncəni bərpa etmək” xahişi ilə müraciət edib və sülh üçün təhlükə olan ABŞ hərbi birləşmələrinin və nüvə silahlarının Karib hövzəsində yerləşdirilməsindən narahatlığını bildirib. Venesuela tərəfi ilə BMT koordinatoru arasında keçirilən görüşdə Vaşinqtonun regionda düşmənçilik hərəkətlərini gücləndirməsi müzakirə olunub.
Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsi (UNDOC) Venesuelanı “qanunsuz əkinlərdən” azad ərazi hesab edir. Gil qeyd edib ki, ABŞ-ın narkotik ticarəti ilə bağlı saxta ittihamları Bolivar Respublikasına qarşı təcavüz üçün bir bəhanədir.
Avqustun 24-də Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın müdaxiləsi təhlükəsinə cavab olaraq Bolivar Milli Milislərinin səfərbər edilməsi və cəlb edilməsi kampaniyasını dəstəklədi.
Avqustun 19-da NBC telekanalı məlumat vermişdi ki, Pentaqonun narkotik kartellərinə qarşı mübarizəni gücləndirmək üçün Venesuela sahillərinə üç hərbi gəmidən ibarət dəstə göndərilir.
Əziz MUSTAFA