ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyi planlaşdırır

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyi planlaşdırır

12:22
Bəyəndim (4) Bəyənmədim (0)

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyi planlaşdırır. Vaşinqton Ukrayna səmasının kəşfiyyatı və qorunmasında yardım təklif edir.

Bu barədə RBC-Ukrayna “Financial Times”a istinadən xəbər verir.

Nəşrin adını açıqlamayan mənbələri bildiriblər ki, ötən həftə ABŞ rəsmiləri Avropa rəsmilərinə Rusiya ilə müharibə başa çatdıqdan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin “koordinasiyasında” iştirak edəcəklərini vəd ediblər.

Xüsusilə, ABŞ rəsmiləri Ukraynadakı istənilən Avropa missiyasını dəstəkləmək üçün kəşfiyyat və müşahidə, komandanlıq və nəzarət daxil olmaqla “strateji imkanlar” təqdim etməyə və hava hücumundan müdafiə sistemləri ilə kömək etməyə hazır olduqlarını bəyan ediblər.

Rəsmilər qeyd etdilər ki, müharibədən sonrakı dəstək Avropa missiyasını və Ukraynanın hava hücumundan müdafiə sistemini dəstəkləmək üçün Amerika təyyarələri, logistika və yer radarlarının iştirakını nəzərdə tutur.

Əziz Mustafa