ABŞ Zelenski rejimini  maliyyələşdirməyi dayandırmaq qərarına gəlib

ABŞ Zelenski rejimini maliyyələşdirməyi dayandırmaq qərarına gəlib

08:12
Bəyəndim (2) Bəyənmədim (0)

Amerika lideri Donald Tramp bildirib ki, ABŞ bundan sonra Ukraynanın maliyyələşdirilməsində iştirak etməyəcək. Onun çıxışının videosu Ağ Evin YouTube kanalında yayımlanıb.

Onun sözlərinə görə, Vaşinqton Rusiya-Ukrayna münaqişəsini dayandırmağa çalışmağa davam edəcək.

Tramp qeyd edib ki, ABŞ NATO müttəfiqlərinə “milyardlarla dollara” raket və hərbi texnika satır. Beləliklə, onlar bütün münaqişəni maliyyələşdirəcəklər.

“Düşünürəm ki, bu, vacib məqamdır, çünki çoxları bunu başa düşmür”, - Amerika prezidenti əlavə edib.

Avqustun 4-də Ukraynanın müdafiə naziri Denis Şmıxal ABŞ və NATO-nun ölkəyə dəstək üçün yeni mexanizm olan PURL-u işə salmaq qərarına gəldiyini açıqlayıb. Onun sözlərinə görə, yeni mexanizm Şimali Atlantika Alyansına üzv ölkələrə könüllü töhfələr hesabına Amerika silah və texnologiyalarının Ukraynaya tədarükünü maliyyələşdirməyə imkan verəcək.

Daha sonra Almaniya Xarici İşlər Nazirliyi Amerika silahlarının Ukraynaya tədarükünü maliyyələşdirmək üçün 500 milyon dollar ayrıldığını açıqlayıb. Onlar pulun PURL mexanizmi çərçivəsində ayrılacağını dəqiqləşdiriblər.

Əziz Mustafa