Rusiyada SİM kart alanlar videoya çəkiləcək

Rusiyada SİM kart alanlar videoya çəkiləcək

12:21
Bəyəndim (4) Bəyənmədim (0)

2025-ci il sentyabrın 1-dən etibarən Rusiyadakı bütün SİM kart satış məntəqələrindən videokameralar quraşdırmaq və yazıları ən azı 30 gün saxlamaq tələb olunur. Oxuməni.az xəbər verir ki, bu barədə “iphones.ru” məlumat yayıb.

Yeni tələb hökumət tərəfindən təsdiq edilmiş telefon xidmətlərinin göstərilməsi üzrə yenilənmiş qaydalarda təsbit edilib. Sənəd mobil rabitə müqavilələrinin bağlandığı binalar və pərakəndə satış məntəqələri üçün standartlar müəyyən edir.

SİM kartı pasportla qeydiyyatdan keçirərkən proses həm operatorun işçisinin, həm də müştərinin hərəkətlərini qeyd edərək videoya çəkilməlidir.

Qayda 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Almaz Həsənli