Litvada sol mərkəzçi üç partiya hakim koalisiyaya qoşulub

Litvada sol mərkəzçi üç partiya hakim koalisiyaya qoşulub

15:15
Bəyəndim (1) Bəyənmədim (0)

Litva Seymində sol mərkəzçi üç siyasi partiya yeni hakim koalisiya yaradıb. Bu barədə Oxuməni.az Litva Sosial Demokrat Partiyasının (SDPL) Seymdəki fraksiyasının rəhbəri Remiqyus Motuzasa istinadən məlumat yayıb.

Hazırda bütün tərəfdaşlar Seymin həyata keçirməli olduğu proqram planları barədə razılığa gəliblər.

Hakim koalisiyaya 2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində qalib gələn SDPL, “Nemunalar üzərində şəfəq” və “Litva Fermerlər və Yaşıllar İttifaqı” partiyaları daxildir. Onların 82 səsi var. Seymdə ümumilikdə 141 yer var.

Bundan əlavə, “Litvada polyakların seçki aksiyası – Xristian Ailələr İttifaqı” milli azlıq partiyasının üç nümayəndəsi hakim koalisiyaya qoşulub.

Koalisiya əhalinin gəlirlərini artırmağı, yanacağa görə aksiz vergilərinin artımını müvəqqəti dayandırmağı, tütün, alkoqol, elektron siqaret və aksessuarlara tətbiq edilən aksiz vergilərini artırmağı planlaşdırır. Tərəflər ksenofobiya, antisemitizm və istənilən ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri planı qəbul etməyi öhdələrinə götürüblər.

Əziz Mustafa