Ryazan vilayətində "Elastik" zavodunda baş verən partlayışda 28 nəfər həlak olub

Ryazan vilayətində "Elastik" zavodunda baş verən partlayışda 28 nəfər həlak olub

07:40
Bəyəndim (2) Bəyənmədim (0)

Ryazan vilayətində "Elastik"də baş verən partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. Ölənlərin ailələrinə 5 milyon rubldan çox pul veriləcək. Bu barədə qubernator Pavel Malkov Teleqram-kanalda məlumat verib.

Qubernatorun sözlərinə görə, 37 nəfər Ryazan və Moskva xəstəxanalarında qalır, 120 nəfər isə ambulator müalicə alır. Zərərçəkənlərə xəsarətlərdən asılı olaraq 413 mindən 1,2 milyon rubla qədər pul veriləcək.

Elastik toz zavodu Ryazan vilayətinin Şilovski rayonunda yerləşir. Zavodda partlayış avqustun 15-də baş verib. İlkin məlumatlara görə, partlayışa təhlükəsizlik qaydalarının pozulması səbəb ola bilər.

Əziz Mustafa