Rusiyalı üzgüçü Bosfor boğazında üzərkən itkin düşüb

Rusiyalı üzgüçü Bosfor boğazında üzərkən itkin düşüb

12:10
Bəyəndim (4) Bəyənmədim (0)


Təcrübəli rusiyalı üzgüçü Nikolay Sveçnikov Türkiyədə Bosfor boğazını üzərkən itkin düşüb.
“SHOT” Telegram kanalının məlumatına görə, üzgüçülük üzrə idman ustası namizədi və özünün üzgüçülük məktəbinin rəhbəri Sveçnikov avqustun 23-də “Bosfor 2025” üzgüçülük yarışında iştirak etmək üçün Türkiyəyə gəlib.
Avqustun 24-də, təxminən səhər saat 9-da, uzunluğu təxminən 6,5 km olan yarışa başlayan 2800 üzgüçüdən biri olub. Başlanğıc, üzgüçülərin suya tullandığı Bosfordakı gəmilərdən baş verir.
İlkin məlumatlara görə, 30 yaşlı Sveçnikov yarışa ilk başlayanlar sırasında olub. Onu da üzgüçülük məktəbinin üç şagirdi müşayiət edirdi və onlar müvəffəqiyyətlə finişə çatıblar. Sveçnikov startdan təxminən 500-600 metr sonra gözdən itib.
Xəbər verilir ki, üzgüçülük yarışı ötən bazar günü baş tutub. Nikolay finiş xəttinə çatmayan təxminən üç min üzgüçüdən yeganə idmançı olub. Lakin təşkilatçılar bu faktı cəmi 12 saat sonra aşkar ediblər. Həmin vaxt hadisə yerinə xilasedicilər və bir qrup dalğıc göndərilsə də, axtarışlar hələ ki, uğurlu olmayıb. Artıq Türkiyə polisi idmançının yoxa çıxması faktı ilə maraqlanmağa başlayıb.
Almaz Həsənli