
Sergey Lavrov: Donald Tramp hakimiyyətdə olsaydı, ABŞ 2014-cü ildə dövlət çevrilişini maliyyələşdirməzdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NBC telekanalına müsahibəsində deyib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətdə olsaydı, Ukraynada silahlı qarşıdurma olmayacağını deyəndə, o deməkdir ki, ABŞ 2014-cü ildə dövlət çevrilişini maliyyələşdirməzdi. Bu barədə RİA Novosti xəbər verir
Sergey Lavrov belə hesab edir ki, Donald Tramp o vaxt prezident olsaydı, müharibə olmazdı: "Məncə, bu o deməkdir ki, amerikalılar 2014-cü ilin fevralında Ukraynanın qanuni prezidentini devirmək məqsədi ilə dövlət çevrilişi hazırlamaz, maliyyələşdirməz və təşkil etməzdilər".
“Mən düşünmürəm ki, ABŞ prezidenti Donald Tramp “Amerikanı yenidən möhtəşəm et” şüarı ilə ABŞ-ın milli maraqlarına və sağlam düşüncəyə diqqət yetirərək heç bir ölkədə, o cümlədən Ukraynada qanuni prezidentə qarşı çevrilişin hazırlanmasına qarışsın”, - o əlavə edib.
Əziz Mustafa