
FTB Trampın keçmiş müşaviri Con Boltonun evində və ofisində axtarış aparıb
ABŞ Federal Təhqiqatlar Bürosu Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun evində və ofisində axtarış aparıb.
Bu barədə Oxuməni.az The New York Times, Reuters və CNN-ə istinadən məlumat yayıb.
NYT-nin məlumatına görə, müstəntiqlər Boltonun məxfi məlumatları qeyri-qanuni ötürə və ya saxlaya biləcəyini yoxlayıb.
FTB rəsmi olaraq təsdiqlədi ki, onun Vaşinqton ətrafındakı evinin yaxınlığında “məhkəmə tərəfindən sanksiyalaşdırılan hərəkətlər” həyata keçirilir. Eyni zamanda, Boltonun özü də axtarışdan xəbərinin olmadığını və təfərrüatları öyrənəcəyini bildirib.
Mənbələrin bildirdiyinə görə, araşdırma son dörd il ərzində prezidentə potensial zərər vura biləcək məlumatların mediaya və üçüncü şəxslərə sızması ilə bağlıdır. Oxşar iddialar əvvəllər Boltonun “Onun baş verdiyi otaq” kitabının nəşrindən sonra səslənsə də, cinayət işləri heç vaxt məhkəməyə getməyib.
CNN-in məlumatına görə, FTB agentləri Boltonun Vaşinqton ətrafında yerləşən evinin qarşısında olublar. Mənbənin sözlərinə görə, onun ofisində də axtarış planlaşdırılıb, lakin bunun dəqiq nə vaxt olacağı məlum deyil.
Axtarış Rusiya diktatoru Vladimir Putinlə Alyaskada görüşündən sonra Trampı kəskin tənqid edən Boltonun ictimaiyyətə yeni açıqlamaları fonunda baş tutub. Bolton daha sonra deyib ki, zirvədən “qalib gələn” məhz Putin olub.
Əziz Mustafa