Vladimir Putin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün yeni tələblər irəli sürüb

Vladimir Putin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün yeni tələblər irəli sürüb

12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya diktatoru Vladimir Putin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün yeni tələblər irəli sürüb.

Bu barədə Oxuməni.az“Reuters”ə istinadən xəbər verir.

Kremlin mövqeyi ilə tanış olan mənbələr bildiriblər ki, yeni təklifdə Putin israr edir ki, Kiyev Donbassın hələ də Ukraynanın nəzarətində olan hissələrindən qoşunlarını çıxarsın. Lakin Moskva indiki cəbhə xəttini cənubda - Zaporojye və Xerson vilayətlərində düzəltməyə hazırdır.

Eyni zamanda, guya Rusiya hazırda işğal etdiyi Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərindəki kiçik ərazilərdən imtina etməyə razılaşıb.

Buna baxmayaraq, tərəflər arasında fikir ayrılıqları kritik olaraq qalır. Prezident Vladimir Zelenski vurğulayıb ki, Ukrayna beynəlxalq səviyyədə tanınan ərazilərdən imtina etməyəcək və Rusiya qoşunlarını saxlayan “qala” rolunu oynayan Donbası tərk etməyəcək.

"Əgər biz sadəcə olaraq şərqdən çıxmaqdan danışırıqsa, bunu edə bilmərik. Bu, ölkəmizin yaşaması məsələsidir", - o deyib.

Zelenski həmçinin xatırladıb ki, NATO-ya üzvlük kursu Konstitusiyada təsbit olunub və bu məsələyə Rusiya deyil, yalnız Ukrayna və Alyans qərar verəcək.

Ağ Ev və NATO hələlik şərh verməkdən çəkinib. Eyni zamanda ekspertlər qeyd edirlər ki, Kremlin Ukraynanın Donbası tərk etməsi tələbi Kiyev üçün həm siyasi, həm də strateji baxımdan qətiyyən qəbuledilməzdir.

Əziz Mustafa