Amerikanın komandanlığı altında Ukraynaya Avropa qoşunları göndərilə bilər

Amerikanın komandanlığı altında Ukraynaya Avropa qoşunları göndərilə bilər

08:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və bir sıra Avropa ölkələrinin hərbi liderləri Ukraynaya hərbi qüvvə göndərə bilər. Bu məsələ yaxın günlərdə tərəflər arasında geniş şəkildə müzakirə olunacaq.

Bu barədə Oxuməni.az “Reuters”ə istinadən xəbər verir.

"Bu barədə müvafiq tövsiyə sənəd tərəflər arasında nəzərdən keçiriləcək", - ABŞ ordusunun bəyanatında deyilir.

ABŞ, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və Ukrayna müdafiə rəislərinin çərşənbə axşamından cümə axşamına kimi Vaşinqtonda görüşləri keçirilib.

Reuters-in məlumatına görə, variantlardan biri Amerikanın komandanlığı altında Ukraynaya Avropa qoşunlarının göndərilməsi ola bilər. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ehtimalını istisna edib.

Tramp açıq şəkildə bəyan edib ki, o, Ukraynaya Amerika qoşunlarını göndərməyi planlaşdırmır, lakin ABŞ-ın digər iştirak imkanlarını açıq qoyub - xüsusən əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü və Amerika qırıcılarından istifadə edərək uçuşa qadağan zonanın tətbiqi formasında.

Qərb mətbuatının yazdığına görə, Rusiya diktatoru Vladimir Putin Ukraynaya NATO-nun 5-ci maddəsi prinsipi əsasında təhlükəsizlik zəmanətlərinin verilməsinə etiraz etmir, baxmayaraq ki, bu cür razılaşmaların formatı hələ müəyyən edilməmişdir.

Almaniya artıq bəyan edib ki, Ukraynaya öz kontingentini göndərmək imkanını istisna etmir, Böyük Britaniya isə potensial sülh sazişi və ya atəşkəs sazişi imzalandıqdan sonra dərhal qoşun göndərməyə hazır olduğunu vurğulayıb.

Əziz Mustafa