
Altı Dağıstan sakini qaçırılan şəxsdən 6 milyon rubldan çox pul tələb edib
Altı Dağıstan sakini bir nəfəri qaçıraraq ondan 6 milyon rubldan çox pul qoparıblar. Bu barədə Rusiya İstintaq Komitəsinin Telegram kanalında məlumat verilib.
İstintaqın məlumatına görə, hadisə 2025-ci ilin iyununda baş verib. 6 nəfər Mahaçqala sakinini qaçırıb, daha sonra Xasavyurt rayonundakı qəsəbədəki xüsusi təchiz olunmuş otağa aparıblar. Orada pul əldə etmək üçün zərərçəkmişə qarşı fiziki zorakılıq, psixoloji təzyiq və hədə-qorxu ilə istifadə ediblər.
İstintaq Komitəsi qeyd edib ki, oğurlanan şəxs sonda göstərilən məbləği təhvil verməyə razılaşıb. Bundan sonra o, azadlığa buraxılıb.
"Moskva və Mahaçqalada həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bütün şübhəlilər saxlanılıb. Mütəşəkkil dəstənin üzvləri barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatətlər göndərilib", - məlumatda deyilir.
Hadisə ilə bağlı mütəşəkkil dəstə tərəfindən adam oğurluğu və xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə maddələri ilə cinayət işi açılıb.
Əziz Mustafa