ABŞ və Avropa Ukraynaya zəmanətlə bağlı təklifləri tamamlayır

ABŞ və Avropa Ukraynaya zəmanətlə bağlı təklifləri tamamlayır

15:12
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və bir sıra Avropa hərbi departamentlərinin rəhbərləri Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı təkliflər hazırlayıblar və tezliklə milli təhlükəsizlik müşavirlərinə təqdim edəcəklər. Bu barədə “Reuters” ABŞ hərbi rəsmilərinə istinadən məlumat yayıb.

"Bu variantlar davam edən diplomatik səylərin bir hissəsi kimi müvafiq baxılmaq üçün hər bir ölkənin milli təhlükəsizlik müşavirlərinə təqdim olunacaq", - Reuters ABŞ hərbi strukturlarının nümayəndələrindən alınan sənəddən sitat gətirir.

“The New York Times” ABŞ dövlət katibi Marko Rubionun Ukrayna və bir sıra Aİ ölkələrinin milli təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələr aparacağını bildirmişdi. NYT bu danışıqların harada və hansı formatda aparılacağını dəqiqləşdirməyib.

Bundan əvvəl NATO-nun müdafiə nazirləri videokonfrans keçirərək Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarını müzakirə ediblər. NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqon müzakirəni səmimi adlandırıb. İlk dəfə olaraq NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleks Qrinkeviç müzakirələrdə iştirak edib və təhlükəsizliklə bağlı vəziyyətlə bağlı məlumat verib. Associated Press-in məlumatına görə, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də iştirak edib. O, bir gün əvvəl Vaşinqtonda Avropa hərbi liderləri ilə görüşüb.

Əziz Mustafa