İsrailin baş naziri Qəzzanın işğalının müddətinin azaldılmasını əmr edib

İsrailin baş naziri Qəzzanın işğalının müddətinin azaldılmasını əmr edib

21 Avqust 08:27
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında son radikal dayaqların ləğvi və Fələstinin HƏMAS hərəkatını məğlub etmək üçün vaxtın azaldılmasını əmr edib. Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinə istinadən “The Times of Israel” məlumat yayıb.

“Qoşunların Qəzzə şəhərinə yeridilməsi planlarının təsdiqindən əvvəl baş nazir terrorçuların son dayaq məntəqələrini mümkün qədər tez aradan qaldırmaq və HƏMAS-ın yekun məğlubiyyətinə nail olmaq üçün əməliyyatın vaxtının azaldılmasını əmr edib”, - bəyanatda deyilir.

Avqustun 20-də İsrail ordusu (IDF) Qəzza zolağında yeni əməliyyata hazırlıq məqsədilə 60 min ehtiyatda olan hərbçiyə çağırış vərəqəsi göndərib.

Avqustun 13-də Netanyahu bildirib ki, İDF Fələstin HƏMAS hərəkatının son iki “istehkamı”na nəzarəti ələ keçirməli və onları məhv etməlidir. Onun sözlərinə görə, “ən mühüm”lərdən biri Qəzza şəhəridir.

Daha sonra İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz Qəzzanın ələ keçirilməsi əməliyyatını təsdiqləyib. Gələn ilin əvvəlinə qədər davam edə bilər.

Əziz Mustafa