Makron: Rusiya “sabitliyi pozan qüvvə”, “qapımızda dayanan yırtıcı, adamyeyəndir”

Makron: Rusiya “sabitliyi pozan qüvvə”, “qapımızda dayanan yırtıcı, adamyeyəndir”

08:13
Bəyəndim (0) Bəyənmədim (0)

Növbəti iki həftə Ukraynanın təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsi üçün kritik olacaq. Avropa və digər tərəfdaşlar cəbhə xəttində deyil, əməliyyatlara hazırdır.

Bu barədə “Politico” Fransa prezidenti Emmanuel Makrona istinadən məlumat yayıb.

"Təhlükəsizlik zəmanətləri ilə bağlı əvvəlcədən görülməli olan işlər var. Növbəti 15 gün amerikalılarla işi başa çatdırmaq və bu təhlükəsizlik zəmanətlərinə mahiyyət vermək üçün bizim üçün tamamilə vacibdir", - o, Fransa mediasına müsahibəsində bildirib.

Makron “Ukraynanın təhlükəsizliyinə təminat verilməsinin zəruriliyini tanıyan” ABŞ prezidenti Donald Trampın mövqeyinin dəyişdiyini qeyd edib.

Makronun qeyd etdiyi kimi, “ingilislər, fransızlar, almanlar, türklər və digərləri cəbhə xəttində əməliyyatlar, təxribat xarakterli deyil, havada, dənizdə və quruda təhlükəsizliyi təmin etmək üçün əməliyyatlar keçirməyə hazırdır”.

Fransa prezidenti “tez qələbələr” və Kremlin sözlərinə inanmamaq barədə xəbərdarlıq edib. O, Rusiyanın “sabitliyi pozan qüvvə” olduğunu və “qapımızda yırtıcı, adamyeyən” olduğunu da vurğulayıb.

Əziz Mustafa