Moskvaya qarşı növbəti sanksiyalar paketi gələn aya hazır olmalıdır

Moskvaya qarşı növbəti sanksiyalar paketi gələn aya hazır olmalıdır

07:40
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, Aİ ölkələri gələn aya qədər Rusiya əleyhinə növbəti sanksiyalar paketi üzərində işi başa çatdırmaq niyyətindədir. Xanım Kallas bunu onlayn rejimdə keçirilən liderlərin fövqəladə sammitindən sonra deyib.

X sosial şəbəkəsində Kaja Kallas yazıb: "Aİ Rusiyanın hərbi iqtisadiyyatına təzyiq göstərməyə davam edəcək". “Moskvaya qarşı növbəti sanksiyalar paketi gələn aya hazır olmalıdır”.

Böyük Britaniya hökuməti həmçinin bildirib ki, Avropa liderləri Rusiya prezidenti Vladimir Putinə təzyiqi artırmaq üçün əlavə sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.

Aİ Şurası iyulun 18-də 18-ci sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər 18 fiziki və 41 hüquqi şəxsə şamil edilib. Bu paketə Rusiya xammalından neft məhsullarının satışına qadağa, habelə Hindistanın Vadinar neft emalı zavoduna qarşı birbaşa sanksiyalar, 22 Rusiya bankı və Rusiyanın Birbaşa İnvestisiya Fonduna məhdudiyyətlər, “Şimal axını” və “Şimal axını 2” ilə hər hansı əməliyyatlara tam qadağa daxildir. Rusiya neftinin qiymət tavanı bir barrel üçün 66 dollardan 47 dollara endirilib.

Əziz Mustafa