Finlandiya parlamentinin binasında deputat intihar edib

Finlandiya parlamentinin binasında deputat intihar edib

15:56
Bəyəndim (3) Bəyənmədim (0)


Çərşənbə axşamı Finlandiya parlamentinin binasında intihar hadisəsi baş verib. Finlandiyanın “İltalehti” qəzetinin yazdığına görə, bu, parlamentin üzvlərindən biri olub.
Helsinki polisi “Helsingin Sanomat”-a bildirib ki, ölüm saat 11:00 radələrində baş verib. Polis ölüm faktını araşdırır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, cinayət əlamətləri aşkar edilməyib. Hadisə yerində bir neçə polis patrulu və həkimlər işləyir.
Parlamentin təhlükəsizlik xidmətinin rəhbəri Aaro Tayvonen “Yle” jurnalisti ilə söhbətində bu məlumatı təkzib etməyib. "Çərşənbə axşamı səhər parlamentdə ölümlə nəticələnən insident baş verib", - deyə parlamentin mətbuat xidməti məlumat yayıb. Lakin onlar ölümün dəqiq harada baş verdiyi və hadisənin millət vəkili, yoxsa parlament aparatının üzvü ilə bağlı olması ilə bağlı ətraflı şərh verməkdən imtina ediblər.
Finlandiya parlamenti hazırda yay tətilindədir. Onun ilk iclası sentyabrın 2-də keçiriləcək. “İltalehti” mərhum deputatın kimliyini bilir, lakin hələlik qəzet onun adını açıqlamayacaq.
Almaz Həsənli