Ukrayna təhlükəsizlik zəmanəti ilə bağlı müqavilə çərçivəsində ABŞ-dan 100 milyard dollar dəyərində silah alacaq

Ukrayna təhlükəsizlik zəmanəti ilə bağlı müqavilə çərçivəsində ABŞ-dan 100 milyard dollar dəyərində silah alacaq

08:09
Bəyəndim (1) Bəyənmədim (0)


Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanəti almaq üçün müqavilənin bir hissəsi olaraq 100 milyard dollar dəyərində Amerika silahı alacaq. Financial Times sənədə istinadən xəbər verir ki, bunun üçün pulu Avropa ayıracaq.

Təkliflərə əsasən, Kiyev və Vaşinqton həmçinin Ukrayna şirkətləri ilə PUA istehsalı üçün ayrıca 50 milyard dollarlıq müqavilə bağlayacaqlar. Bu təşəbbüslər Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl avropalı müttəfiqlərə təqdim edilib.

Sənəddə Kiyevin hansı silahları tələb etdiyi göstərilmir, lakin onun ən azı 10 “Patriot” zenit-raket kompleksi və digər avadanlıq almaq istəyi qeyd olunur.

Sənədə əsasən, Ukrayna Rusiyaya ərazi güzəştlərini nəzərdə tutan heç bir sövdələşməni qəbul etməyəcək, çünki bu, “rus qoşunlarının irəliləməsi üçün tramplin” yaradacaq. Ukrayna atəşkəsdə və Rusiyanın dondurulmuş suveren aktivləri hesabına dəymiş ziyana görə Rusiyadan tam təzminat tələb edir.
Əziz MUSTAFA