Makron: Danışıqlar uğursuz olarsa, Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməlidir

Makron: Danışıqlar uğursuz olarsa, Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməlidir

07:55
Bəyəndim (0) Bəyənmədim (0)


Fransa prezidenti Emmanuel Makron Ukraynadakı müharibə ilə bağlı danışıqların nəticəsiz qalacağı təqdirdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Bu barədə Oxuməni.az BFMTV-yə istinadən xəbər verir.

Proses rədd edilərsə, biz də razılaşırıq ki, sanksiyalar sərtləşdirilməli olacaq və istənilən halda Rusiya tərəfinə təzyiqi artıracaq mövqe tutmalı olacağıq”, - Makron Vaşinqtonda jurnalistlərə deyib.

Xatırladaq ki, bu gecə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri arasında görüş olub. Onların hamısı Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə ediblər.

Bu görüşdən sonra Tramp Kremlin rəhbəri Vladimir Putinə zəng edərək Rusiya diktatoru ilə Zelenski arasında ikitərəfli görüş hazırlamağa başladığını açıqlayıb. Tramp əlavə edib ki, bundan sonra onun da iştirak edəcəyi üçtərəfli görüş olacaq.

Almaniya kansleri Fridrix Merzin sözlərinə görə, ikitərəfli görüş yaxın iki həftə ərzində baş tutacaq.

Əziz MUSTAFA