“Qətiyyətlilər koalisiyası” Ukraynada çəkindirici qüvvələr yerləşdirməyə hazırdır

“Qətiyyətlilər koalisiyası” Ukraynada çəkindirici qüvvələr yerləşdirməyə hazırdır

07:39
Bəyəndim (0) Bəyənmədim (0)

Zelenski ABŞ-dakı danışıqlardan sonra Ukraynadakı xarici kontingentlə bağlı açıqlama verib.
Xarici kontingentin Ukraynada mümkün yerləşdirilməsi məsələsi naməlum olaraq qalır. Buna 30 ölkənin daxil olduğu “qətiyyətlilər koalisiyası” cavabdehdir.

Bu barədə Oxuməni.az Ukrayna prezidenti Vladimir Zelenskinin Ağ Evdəki danışıqların yekunlarına dair bəyanatına istinadən məlumat yayıb.

"Söhbət “qətiyyətlilər koalisiyası”ndan gedir, 30 ölkədən danışacağıq, bu ölkələrin hansının əslində nə təklif edə biləcəyini anlayacağıq. Yəqin ki, kimsə mövcudluqdan, kimsə kəşfiyyatdan, kimsə dənizdən, kimsə səmanın təhlükəsizliyindən, müxtəlif formatlardan danışmağa hazır olacaq", - o qeyd edib.

Zelenski əlavə edib ki, “qətiyyətlilər koalisiyası”nda iştirak edən bəzi ölkələrin qoşun yerləşdirmək üçün konstitusiya hüququ yoxdur. Amma eyni zamanda, belə ölkələrin Ukrayna istehsalını maliyyələşdirmək imkanı var.
Qeyd edək ki, Avropa liderləri Ukrayna üçün təhlükəsizlik təminatlarını təmin etmək üçün “qətiyyətlilər koalisiyası” yaradıblar. Prezident Vladimir Zelenskinin ABŞ-a səfərindən əvvəl koalisiyanın iclası keçirilib. Eyni zamanda, “qətiyyətlilər koalisiyası” Ukraynada çəkindirici qüvvələri yerləşdirməyə hazır olduğunu bəyan edib.

Eyni zamanda, ABŞ da Ukraynanın təhlükəsizlik təminatından danışmağa başladı. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Putin və Trampın Alyaska görüşü zamanı təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq əldə olunub. Onun sözlərinə görə, ABŞ və müttəfiqləri NATO-nun 5-ci maddəsi prinsipi əsasında Ukraynanın təhlükəsizliyini təmin edə bilər.

Ağ Evdə Zelenski ilə görüşü zamanı Tramp deyib ki, ABŞ təhlükəsizlik zəmanətlərinə cəlb olunacaq. O, Ukraynanı Avropa ilə birlikdə “çox yaxşı müdafiə” ilə təmin edəcəyinə söz verib.

Ukrayna prezidentinin sözlərinə görə, təhlükəsizlik zəmanətlərinin detalları 10 gün ərzində işlənəcək.

Əziz MUSTAFA