
Avropanın Çindəki səfirləri Vladimir Putinin iştirakı ilə Pekində keçirilən hərbi paradı boykot edə bilərlər
“South China Morning Post” xəbər verir ki, Avropanın Çindəki səfirləri Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Pekində keçirilən hərbi paradı boykot edə bilərlər. Avropa missiyaları onun mövcudluğundan və Rusiya qoşunlarının mümkün iştirakından narahatdırlar.
Avropa ölkələrinin iştirakdan imtina edib-etməyəcəyi hələlik məlum deyil. Rusiya hərbçilərinin iştirakının rəsmi təsdiqi yoxdur. Bəzi diplomatlar artıq paradda iştirak etməmək qərarına gəliblər, digərləri isə bu müddət ərzində məzuniyyətə çıxmağı planlaşdırır.
Pekində hərbi parad sentyabrın 3-də baş tutacaq.Tədbirdə bir sıra ölkələrin liderləri, o cümlədən Vladimir Putin iştirak edəcək. Paradın ilk məşqi avqustun 9-10-da 22 min nəfərin iştirakı ilə baş tutub.
Əziz Mustafa
Digər xəbərlər