
Zaxarova NATO ölkələrinə Ukraynaya qoşun yeritməmək barədə xəbərdarlıq edib
NATO ölkələrinin hərbi kontingentinin Ukrayna ərazisində görünməsi ilə bağlı istənilən ssenari münaqişənin nəzarətsiz gərginləşməsi ilə doludur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Donald Tramp ilə Ukrayna və Aİ ölkələri liderləri arasında danışıqlar ərəfəsində xəbərdarlıq edərək, görüş ərəfəsində Avropa liderlərinin verdiyi bəyanatları “düşmən əməliyyatlarını davam etdirməyə təhrik” adlandırıb.
“Biz Ukraynada NATO ölkələrinin iştirakı ilə hərbi kontingentin meydana gəlməsini nəzərdə tutan və gözlənilməz nəticələrlə münaqişənin nəzarətsiz gərginləşməsi ilə bağlı istənilən ssenaridən qəti şəkildə imtina etməyimizlə bağlı dəfələrlə səsləndirilmiş mövqeyimizi təsdiqləyirik”, - deyə xanım Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş şərhində bildirib.
Əziz Mustafa