ABŞ prezidentinin Vladimir Zelenski ilə görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq

ABŞ prezidentinin Vladimir Zelenski ilə görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq

12:05
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə bazar ertəsi görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq və bir saat davam edəcək. ABŞ prezidenti ilə Avropa liderlərinin çoxtərəfli görüşünün başlaması Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.
Tramp və Zelenski arasında görüş Ukrayna münaqişəsinin həllinə həsr olunacaq. Ağ Ev rəhbəri ilə görüşə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Giorgia Meloni də gedəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.

Xatırladaq kı, bu ilin fevralın 28-də Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Amerika prezidenti ilə jurnalistlərin iştirak etdiyi söhbəti zamanı onlar arasında mübahisə yaranıb və Tramp Zelenskinin ABŞ-a qarşı hörmətsiz münasibətini qeyd edib. Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib.

Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Tramp Zelenski ilə, daha sonra Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Finlandiya və Fransa liderləri, NATO-nun baş katibi və Avropa Komissiyasının rəhbəri ilə telefon danışığı aparıb. Daha sonra Zelenski avqustun 18-də Vaşinqtonda Trampla “münaqişənin sona çatmasının təfərrüatlarını” müzakirə edəcəyini bildirib. “The New York Times” yazır ki, Tramp Avropa liderlərini də Zelenski ilə görüşünə qoşulmağa dəvət edib.

Əziz MUSTAFA