Norveçin alüminium istehsalçısı Norsk Hydro 750 ofis işçisini ixtisar edəcək

Norveçin alüminium istehsalçısı Norsk Hydro 750 ofis işçisini ixtisar edəcək

14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Norveçin alüminium istehsalçısı Norsk Hydro, iş yerlərinin ixtisarını özündə ehtiva edən xərclərin azaldılması proqramına başlayır.

Onun həyata keçirilməsi nəticəsində 1 milyard Norveç kronunun (97,9 milyon dollar) illik xərclərə qənaət edilməsi gözlənilir.

Şirkət özünün təşkilati strukturunu "strateji məqsədlərə və dəyişən biznes şəraitinə uyğun olaraq" düzəltmək niyyətindədir, deyə öz press-relizində deyilir. Bu plana ofis işçilərinin 750 nəfər azaldılması daxildir. Bu il 600 ofis işçisini ixtisar etməyi planlaşdırır.

Norsk Hydro səhmləri cümə axşamı günü ticarətdə 0,9% ucuzlaşıb. Cari ilin əvvəlindən onların dəyəri 4,3% artıb.

Əziz Mustafa